Menu

"İnstitut direktoru həbsdən azad edilməyib" - Baş Prokurorluq

24.06.2014, 14:23
"İnstitut direktoru həbsdən azad edilməyib" - Baş Prokurorluq

Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru barəsində olan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzVision.az-a verdiyi məlumatda bildirir ki, bəzi kütləvi informasiya vasitələrində Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Karrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqının guya yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi, həmçinin İ.Veysovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək həbsdən azad olunması barədə informasiyalar yayılıb.

Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib olunur. Hazırda qeyd edilən cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir və İ.Veysovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.

İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol