Menu

Xaçmazda 57 yaşlı kişi damdan yıxılaraq ölüb

09.09.2017, 22:57
Xaçmazda 57 yaşlı kişi damdan yıxılaraq ölüb

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yergüc kəndi ərazisində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qürbətov Qürbət İslam oğlu damdan yıxılaraq ağır bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol