Menu

Bakı-Gəncə avtobusunda "Allahu-Əkbər" vəlvələsi

24.06.2014, 14:39
Bakı-Gəncə avtobusunda "Allahu-Əkbər" vəlvələsi

Paytaxtdan Gəncəyə hərəkət edən sərnişin avtobusunda bir nəfər sərnişinləri qorxudub

Ötən gün saat 14:30-da Bakı-Gəncə avtobusunda sərnişinlər qorxulu anlar yaşayıblar. Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, Bakıdan Gəncəyə hərəkət edən sərnişin avtobusunda bir nəfər sərnişinləri qorxudub.

Saqqallı şəxs avtobusda ayağa qalxıb və əlinə ülgüc götürərək insanları təhdid etməyə başlayıb.

Həmin kişi ülgüclə sərnişinləri öz qanlarını tökməyə səsləyib. Kişi “Allahu Əkbər” deyərək qışqırıb. Sərnişinlər qorxuya düşüblər. Sərnişinlərdən biri polisə xəbər verib. Bundan sonra həmin kişi avtobusdan düşərək qaçıb.

Məsələ ilə bağlı Gəncə şəhər avtovağzalı ilə əlaqə saxladıq. Avtovağzalın rəisi Namiq Həsənov bildirdi ki, hadisə baş verən vaxt avtobus Bakı avtovağzalından çıxıbmış. Gəncəyə çatanda artıq avtobusdakı problem həll olunubmuş.

“Avtobus buraya gələndə hər şey qaydasında idi. Sərnişinlər salamat idi. Heç kim təşvişdə deyildi”, - deyə N.Həsənov bildirib.

Bakı Avtovağzalında isə hadisə ilə bağlı məlumatlı olmadıqlarını bildirdilər. Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevin verdiyi məlumata görə, həmin hadisənin kim tərəfindən törədildiyini bilmirlər. Ümumiyyətlə bu barədə xəbəri bu gün eşidib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol