«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının hərbi-hava qüvvələri (ABŞ HHQ) «İrma» qasırğaının keçəcəyi bölgəyə «Avraam Linkoln» aviadşıyıcısını göndərmək qərarına gəlib.
Aviadaşıyıcını desant gəmisi və nəqliyyat «dok»u müşayiət edir. «Röyter» agentliyinin məlumatına görə, tezliklə bu qrupa eskadra minadaşıyıcısı da qoşulacaq.
ABŞ təbii fəlakətlərin xəbərdarlığı üzrə milli mərkəzi əvvəlcə «İrma»nı maksimal - 5-ci kateqoriyaya aid edib, ardınca isə 4-cü pilləyə endirib.
Qasırğanın keçdiyi yolda küləyin sürəti saatda 250 kilometrə çatır, bu səbəblə, artıq 22 nəfər həlak olub.
Qasırğa Amerika Mayamisinin təxminən 600 killmetrliyindədir. Proqnozlara görə, o, Floridanın cənub sahillərinə bazar günü səhər tezdən yetişəcək.


Şərhlər