Menu

«Bizi «keçmiş SSRİ respublikaları» alandırmayın» - Baltik ölkələri xahiş edirlər

10.09.2017, 00:51
«Bizi «keçmiş SSRİ respublikaları» alandırmayın» - Baltik ölkələri xahiş edirlər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Baltikyanı ölkələr xahiş edirlər ki, onları «keçmiş SSRİ respublikaları» adlandırmasınlar.

Litva, Latviya və Estoniyanın səfirləri bu xahişlə Fransanın «Le Monde» qəzetinin baş redaktoruna müraciət ediblər. Bu barədə Latviyanın Fransadakı səfirliyinin saytında xəbər verilir.

Sentyabrın 3-də qəzet Rusiyanın yaratdığı «hibrid təhlükə» ilə Finlandiyanın apardığı mübarizə barədə məqalə dərc edib. Bu zaman məqalənin mətninə əlavə olunmuş xəritədə Finlandiya və Baltik ölkələri «keçmiş SSRİ respublikaları» kimi təqdim olunub.

Diplomatlar qeyd ediblər ki, Fransa kütləvi informasiya vasitələrinin bölgəyə marağını yüksək qiymətləndirməklə yanaşı, xahiş ediblər ki, bundan sonra bu ölkələrin «1940-cı ildə qeyri-qanuni işğal edilərək və SSRİ-nin tərkibinə qatıldığını» nəzərə alsınlar. Bu faktı Avropanın başqa ölkələri, o cümlədən Fransa da qəbul etməyib.

Qeyd edək ki, Avropa Şurası və ABŞ Baltik ölkələrinin SSRİ-nin tərkibinə qatılmasını «işğal və ilhaq» adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol