Menu

Oğuzda yanğın olub

10.09.2017, 11:57
Oğuzda yanğın olub

Oğuz rayonu, Padar kəndində ümumi sahəsi 72 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yaxınlıqdakı talvar yanğından mühafizə olunub. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol