Menu

Türkiyənin addımı dünya ölkələrini ayağa qaldırdı

10.09.2017, 15:45
Türkiyənin addımı dünya ölkələrini ayağa qaldırdı

Banqladeş düşərgələrin qurulmasına icazə verəndə çadırlarımızı göndərəcəyik. Yalnız ərzaq deyil, sığınacaq, səhiyyə, təhsil kimi sahələrdə də kömək etməyə hazırıq.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Banqladeşə gedən AFAD rəhbəri Məhməd Güllüoğlu deyib.

“Banqladeş rəsmiləri “Biz özümüz kasıbıq, yeni miqrant istəmirik”, - deyirdilər. Ancaq Türkiyə Arakanlı müsəlmanlara yüksək səviyyədə yardım edir və edəcək də. Türkiyənin bu addımından sonra başqa ölkələr, qurumlar zəng edib “biz də kömək etmək istəyirik”, - deyirlər. İcazə verildikdən sonra bir çox dünya ölkəsi Arakana yardım edəcək”, - Güllüoğlu bildirib.

Qeyd edək ki, bir müddətdir Myanmanın Arakan ştatında yaşayan müsəlmanlar hökumət qüvvələri ilə buddist rahiblərin zülmünə məruz qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol