Menu

Rumıniyanın sahil mühafizəsi 200-dən çox miqrantı saxlayıb

10.09.2017, 18:43
Rumıniyanın sahil mühafizəsi 200-dən çox miqrantı saxlayıb

Rumıniyanın Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən ölkəyə keçməyə çalışan 200-dən çox qeyri-leqal miqrant saxlanılıb."Report" xəbər verir ki, qaçqınlar iki qayıqda olublar.

İlk qayıq sentyabrın 8-də axşam görünüb, orada 120 miqrant olub. Sentyabrın 9-u səhər isə sahil mühafizəsi ikinci qayığı görüb, onun göyərtəsində 97 nəfər Suriya və İraq mühaciri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol