Menu

Nursultan Nazarbayev “İslam G-20-si” yaratmağı təklif etdi

10.09.2017, 14:04

Nursultan Nazarbayev, president of Kazakhstan.Qazaxıstan prezidenti Nursultan Nazarbayev İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 15 qabaqcıl ölkəsindən "Böyük iyirmilik" formatında forum yaratmağı təklif edib.Virtualaz.org "Kazinform"a istinadən bildirir ki, N.Nazarbayev bunu İslam Əməkdaşlığı Təşkilatının Astanada keçirilən birinci Sammitində deyib.

"Mən düşünürəm ki, islam dünyasında elmin və iqtisadiyyatın inkişafı üçün G-20 kimi forum, qeyri-rəsmi qrup yaratmaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının 15 qabaqcıl dövlətindən OİS-15 təşkilatı yaratmaq mümkündür. Çünki elmin və texnologiyanın inkişafı bizim üçün çox əhəmiyyətlidir. Bununla əlaqədar, biz Qərb ölkələri ilə məhsuldar əməkdaşlığı hələ inkişaf etdirməliyik. Bu bütün islam dünyasına inkişaf etməyə imkan verəcək. Biz islam dininin və başqa dinlərin nümayəndələri arasında münasibətləri də inkişaf etdirməliyik. Buna görə biz belə forumları daim keçirməliyik, hansıların ki, iclasları Qərblə islam dünyasını yaxınlaşdırır", - deyə Qazaxıstan prezidenti vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol