Menu

QRU zabitindən şok: Tezliklə savaşa başlayacağıq

12.09.2017, 11:39
QRU zabitindən şok: Tezliklə savaşa başlayacağıq

Bir azdan bizim Müqəddəs Rusiya adlanan vətənimiz ciddi müharibə ilə üz-üzə qalacaq.Axar.az xəbər verir ki, bunu Minskdəki monastırlardan birində çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin ehtiyatda olan polkovnik-leytenantı Anton Manşin söyləyib.

“Bizim kişilərə bu informasiya çox gərəkli olacaq. Mən əminəm ki, onlar bu savaşda iştirak edəcəklər. Dünya terrorizmi mövcud deyil. KİV-lərin yaydığı bu mifə inanmayın. Terrorizmi amerikalılar və britaniyalılar uydurublar ki, Üçüncü Dünya müharibəsini başladıb, Rusiyanı məhv etsinlər”, – deyə o bildirib.

Qeyd edək ki, Manşin iki çeçen müharibəsində və Donbas savaşında iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol