Menu

Norveçdə seçkini hakim koalisiya uddu

12.09.2017, 23:43
Norveçdə seçkini hakim koalisiya uddu

Norveçdə sentyabrın 11-də keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir Erna Solberqin rəhbərlik etdiyi Mühafizəkar Partiya və müttəfiqləri önə çıxıb. Koalisiya 169 yerlik parlamentdə 89 mandat əldə edib.

Müxalif Leyborist Partiya və müttəfiqləri 80 mandata sahib çıxıb.

Norveçdə mühafizəkar baş nazir son 30 ildə ilk dəfə ikinci müddətə seçkini udur.

Parlamentin səlahiyyət müddəti 4 ildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol