Menu

Dövriyyədə saxta pullar dolaşır - Diqqət

24.06.2014, 17:09
Dövriyyədə saxta pullar dolaşır - Diqqət

Lənkəranda iki nəfərdə külli miqdarda saxta pul aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmtəinin yaydığı məlumata görə, əməliyyat Lənkəran rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində Liman şəhərinin ərazisində Bakı şəhər sakini Cavidan Həsənovdan və Şərur rayon sakini Əsgər Abbasovdan 343 ədəd 50 manatlıq, 26 ədəd 100 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol