Binəqdi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Lakin təqsirləndirilən şəxslərin sərbəst ifadə verməsi növbəti iclasa saxlanılıb.
Proses sentyabrın 19-da davam etdiriləcək.


Şərhlər