Menu

“Peyk antenlərini evə gətirmək cəhənnəmi evə gətirməkdir” - İranlı axund

24.06.2014, 17:41
“Peyk antenlərini evə gətirmək cəhənnəmi evə gətirməkdir” - İranlı axund

"Hamı bilməlidir ki, kimin evinin damında peyk anteni olsa, bu anten həmin evə od-alov gətirəcək”.

İran Üləma Məclisinin üzvü, Tehranın cümə namazının rəhbərlərindən olan axund Əhməd Xatəmi iyunun 24-də din təbliğatçıları ilə görüşündə ölkədə xarici telekanallara baxmaq üçün peyk antenlərindən geniş istifadə olunmasından narahatlığını bildirib.

“Media forum” saytının məlumatına görə, Əhməd Xatəmi deyib: “Dini təbliğ edənlər dinin, əxlaqın qorunub saxlanması məsələsinə məsuliyyətlə yanaşmalı, bayağı virtual aləmdən və peyk antenlərindən istifadənin fəsadları haqda insanları məlumatlandırmalıdır.

Bəzən xarici elmi verilişlərə baxmaq bəhanəsi ilə peyk antenləri evlərə yol tapır. Valideynlər övladlarının bu bəhanəsinə aldanırlar. Lakin onlar bilməlidirlər ki, peyk antenlərini alıb evə gətirmək cəhənnəmi evə gətirməkdir. Hamı bilməlidir ki, kimin evinin damında peyk anteni olsa, bu anten həmin evə od-alov gətirəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol