Menu

2024 və 2028-ci illərdə Olimpiya Oyunlalarının ev sahibləri açıqlandı

14.09.2017, 10:30
2024 və 2028-ci illərdə Olimpiya Oyunlalarının ev sahibləri açıqlandı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisi və Los-Ancelesi 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının təşkilatçıları kimi bəyan edib.

Trend-in məlumatına görə, ev sahibləri BOK-un Limada keçirilən 131-ci sessiyasında təyin olunub.

Qərar yekdilliklə qəbul olunub. Oyunların paytaxtlarını BOK-un prezidenti Tomas Bax elan edib. Bu şəhərlər Paralimpiya Oyunlarınıda ev sahibliyi edəcəklər.

Qeyd edək ki, hər iki şəhər Olimpiya Oyunlarını artıq 3-cü dəfə keçirəcək. Fransanın paytaxtı Olimpiya Oyunlarına 1900 və 1924-cü illərdə, Los-Anceles isə 1932 və 1984-cü illərdə ev sahibliyi ediblər. Növbəti Yay Olimpiya Oyunları 2020-ci ildə Tokioda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol