Menu

Yanacaqdoldurma məntəqəsinə basqın - Pul tapa bilmədi...

14.09.2017, 11:35

Maskali shexs basqin 100412 (1)Astarada yanacaqdoldurma məntəqəsinə basqın edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara şəhəri ərazisində qeydə alınıb. Astaranın Ərçivan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Pərvaz Eyvaz oğlu Əliyev maska geyinərək yanacaqdoldurma məntəqəsinə basqın edib. Bıçaqla operatoru hədələyən şəxs ondan pul tələb edib. Pul tapa bilməyən P. Əliyev hadisə yerindən qaçıb. Polis isti izlərlə onu saxlayıb.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol