Menu

Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində

14.09.2017, 13:22
Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol