Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədər olaraq Qazilər Şurasının toplantısı keçirilir.
"Report" xəbər verir ki, toplantı Qurani-Kərimin oxunması ilə başlayıb.
Tədbirdə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, axundlar, imamlar və digərləri iştirak edir.
Tədbiri giriş sözü ilə açan A.Paşazadə bildirib ki, Məhərrəm ayı şəhadət, azadlıq ayıdır: "İnşallah bu ayı dövlətimizin qanunları çərçivəsindən kənara çıxmadan, gözəl şəkildə başa vuracağıq.
A.Paşazadə dünyada, müsəlman dövlətlərinin bəzisində olan mövcud vəziyyətə toxunub: "Bu gün bəzi dövlətlər var ki, nefti, sərvəti olsa da, sakit, dinc şəkildə yaşaya bilmirlər. Şox şükür ki, Azərbaycan özinkişafını sakit şəkildə yaşayır. Biz istəyirik ki, Azərbaycan modeli dünyada örnək olsun".


Şərhlər