Menu

NATO-dan Türkiyənin Rusiyadan “S-400” raketləri almasına münasibət

14.09.2017, 14:06
NATO-dan Türkiyənin Rusiyadan “S-400” raketləri almasına münasibət

“Bu, Türkiyənin qərarıdır, ölkənin milli qərarıdır”.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yan Stoltenberq Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasını şərh edərkən deyib.

Baş katib vurğulayıb ki, NATO-ya üzv olan hər müttəfiq ölkə alacağı avadanlıq və qurğu haqda qərarı özü qəbul edir.

Qeyd edək ki, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksinin alınması ilə bağlı müqavilə imzalayıb və beh verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol