Menu

"GÖRÜN HANSI YARAMAZLIQLA MƏŞĞULDURLAR" - Deputat "Bakcell"i ittiham edir

14.09.2017, 18:23
"GÖRÜN HANSI YARAMAZLIQLA MƏŞĞULDURLAR" - Deputat "Bakcell"i ittiham edir

"Bakcell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim. İndi də görün hansı yaramazlıqla məşğuldurlar. Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın".

"AzPolitika"nın məlumatına görə, bunları hazırda Moskvada səfərdə olan deputat Fazil Mustafa "Facebook"da yazıb. O, daha sonra bildirib ki, balansındakı vəsait heç kimlə danışmadığı halda silinib. "Kimsə ilə də "Bakcell" nömrəsindən iki gün ərzində danışmamışam. Gör özbaşınalıq nə səviyyədədir e..."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol