Menu

Məhkəmə İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etməyib

14.09.2017, 20:31
Məhkəmə İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

İttihama görə, N. Əhmədov Suriya və İraqda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2015-ci ilin iyunun 21-də Türkiyəyə, oradan Suriyaya gedib. N. Əhmədov Suriya, İraq və Azərbaycanın qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçib.

N. Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol