Menu

Qurban Qurbanov «Çelsi»dən 6 qol buraxan qapıçını cəzalandırdı

15.09.2017, 10:12

qurban-qurbanov2Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib. Futbol11.az-a xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb.

Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol