Menu

Terrorçular Ukrayna vertolyotunu vurdu - 9 ölü

24.06.2014, 20:55
Terrorçular Ukrayna vertolyotunu vurdu - 9 ölü

Dmitri Tımçuk: "Vertolyot terrorçular tərəfindən iriçaplı silahla vurulub"

Rusiyameylli terrorçular Slavyansk ərazisində Ukrayna ordusunun hərbi vertolyotunu vurub.

Bu haqda Ukraynanın hökumət nümayəndəsi bildirib. İlkin məlumatlara görə, üçü ekipaj üzvü olmaqla doqquz hərbi qulluqçu həlak olub. Ukrayna KİV-nin xəbərlərinə əsasən, Mi-8 vertolyotu dağdan uçuş vaxtı vurulub.

"Vertolyot terrorçular tərəfindən iriçaplı silahla vurulub", - deyə Facebook-da Ukrayna "İnformasiya Müqavimət" qrupunun koordinatoru Dmitri Tımçuk yazıb.

Qeyd edək ki, cümə günü Ukrayna prezidenti Petro Poroşenkonun əmri ilə 27 iyuna qədər atəşkəs elan olunub.

Separatçılar da həmçinin barışığa riayət etməyi öhdəsinə götürüblər, ancaq hələki Ukraynanın cənub-şərqində döyüş əməliyyatları davam edir.

Barışıq rejiminin pozulmasında münaqişənin hər iki tərəfi bir-birini gunahlandırır. /ans

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol