Menu

"AÇG-də daha böyük ehtiyatlar var" - Xoşbəxt Yusifzadə

15.09.2017, 11:58
"AÇG-də daha böyük ehtiyatlar var" - Xoşbəxt Yusifzadə

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku daha böyük ehtiyatlara malikdir və bu yataqlarda görüləcək böyük işlər var.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, indiyə qədər yataqlar blokundan 436 mln.ton neft əldə edilib: "Dünən qeyd edildiyi kimi, 500 mln. ton həcmində ilkin çıxarılmayan ehtiyat qiymətləndirilir. Amma inanıram ki, bu rəqəm də son deyil. Hələ bu yataqda gələcəkdə böyük işlər görüləcək. AÇG Azərbaycana, neftçilərə Allahdan bir hədiyyədir".

SOCAR rəsmisi həmçinin qeyd edib ki, bu yataqlarda ehtiyatların artmasına şübhə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol