"Ancaq inanıram ki, sülh ssenarisi olan A planı işləyəcək"
"Əgər sülh ssenarisi olan A planı işləməyəcəksə, onda ehtiyat variant kimi B planımız da var".
Bunu Ukrayna prezidenti Petro Poroşenko deyib.
Petro Poroşenko ötən cümə günü təqdim etdiyi qərara əsasən bir həftəlik atəşkəs elan edib.
"Sülh ssenarisi bizim A planıdır. Bu plandan kim yalnız sülh danışıqlarından istifadə etməyi hesablayırsa və yaxud vaxtı uzatmaq, gücləri yenidən birləşdirmək üçün çalışırsa, onda bilməlidir ki, bizdə B planı da var. Mən indi bu plan haqqında ətraflı danışmayacağam, çünki inanıram ki, bizim sülh planımız işləyəcək”, - deyə Ukrayna prezidenti bildirib. /ans


Şərhlər