AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləhmiş Ştatları (ABŞ) hakimiyyəti Rusiyadan S-400 raket əleyhinə müdafiə (RƏM) sistemi almaq niyyətinə görə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər.
ABŞ Senatının xarici işlər komitəsinin nümayəndəsi Ben Kardin bildirib ki, Ankaranın Moskva ilə sövdəsi ABŞ qanunvericiliyinin tələblərini pozur.
Ankara tərəfindən S-400 sistemlərinin alınması avqustda Vaşinqton tərəfindən Rusiyaya qarşı qəbul olunmuş sanksiyaların tələblərini pozmuş olur («Politico»). Buna cavab olaraq, ABŞ Rusiyanın müdafiə və kəşfiyyat qurumları ilə nəhəng sövdələr bağlamış istənilən şəxsə qarşı sanksiya tətbiq edə bilər.
Moskva və Ankara arasında S-400 komplekslərinin satın alınması barədə danışıqlar iki ölkə arasında münasibətlərin bərpasından sonra - 2016-cı ildə başlanıb. Bu həftə isə məlum olub ki, Rusiya tərəfi Türkiyədən sözügedən sistemlər üçün beh alıb.
Vaşinqtonda bu sövdəyə görə, narazılığı «Rusiya silahlarının NATO standartları ilə bir araya sığmaması ilə izah ediblər».

Şərhlər