AzPolitika.info xarici KİV- istinadla xəbər verir ki, alimlərin araşdırmalarına görə, hazırda dünyada 800 milyonlan artıq insan aclıqdan əzab çəkir. Tədqiqatçılar qeyd edirlər ki, iqlim dəyişiklikləri və münaqişələr səbəbilə, dünyada aclıq keçirən insanların sayı durmalan artır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ərzaq və kənd təsərrüfatı təşkilatının məlumatına görə, ötən 10 il ərzində aclıq çəkənlərin sayı davamlı şəkildə artıb («New Scientist»). Ekspertlərin hesabatına görə, cəmi iki ildə (2015-2017) aclıq çəkənlərin sayı 38 milyon nəfər artıb (777 milyondan 815 milyona qədər).
BMT Ərzaq və kənd təsərrüfatı təşkilatının eksperti Marko Sances Kantilo qeyd edir ki, bunun əsas səbələri iqlimin dəyişməsi və münaqişələrdir, iki faktorun ardıcıl sıralanması isə xüsusilə ağır zərbə vurur. Kantilonun məlumatına görə, təkcə Əfqanıstan, İraq, Yəmən və Cənubi Sudanda müharibələr və təbiət kataklizmləri səbəbilə, 53 milyon insan aclıqdan əzab çəkir.
Alimlərin fikrincə, məhdud resurslara görə, qarşıdurmalar və cəbhələşmələr vəziyyəti dünyasel (qlobal) aclığa qədər pisləşdirə bilər. Alimlərin fikrincə, bununla yanaşı risk qruplarına diqqətlə yanaşmağa dəyər. Bu mənada, ayrı-ayrı quraqlıq rayonlarda alimlər xüsusi kənd təsərrüfatı bitkilərinin becərilməsini təklif elirlər.

Şərhlər