Menu

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 74 nəfər saxlanıldı

16.09.2017, 11:28
İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 74 nəfər saxlanıldı

İstanbulda İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 74 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə İstanbul şəhər Polis İdarəsinin şənbə günü yaydığı xəbərdə qeyd edilib.

Qeyd olunur ki, İstanbul polisi bu gün səhər saatlarında şəhərin 15 ayrı-ayrı ünvanlarında əməliyyat keçirib.

Məlumata görə, saxlanılanlar hamısı xarici ölkə vətəndaşlarıdırlar, lakin onların şəxsiyyəti və hansı ölkə vətəndaşları olması barədə məlumat açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol