Menu

Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib olub - FOTO

17.09.2017, 17:25
Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib olub - FOTO

Dəfələrlə dünya və Avropa çempionu olan idmançımız Rafael Ağayev növbəti qələbələrini qazanıb.

Baku.ws-in xəbərinə görə, R.Ağayev bildirib ki, İsveçrənin Bazel şəhərində 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində iştirak edib. O həm 75 kiloqram çəkidə, həm də bütün çəkilər üzrə ilk üçlüyü tutan idmançılar arasında keçirilən yarışda birinciliyə yiyələnib.

Qeyd edək ki, Rafael Ağayev 5 dəfə dünya, 13 dəfə Avropa çempionu olub, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol