«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreya və Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı təzyiqləri artırmaq barədə razılığa gəliblər.
Bu barədə hər iki ölkənin prezidentləri Şimali Koreyanın raket sınaqlarının tezliyinin artması fonunda bu gün telefon danışığı zamanı qərar veriblər.
Məlumata görə, Donald Tramp və Mun Çje İn xəbərdarlıq ediblər ki, Pxenyanın gələcək provakasiyaları KXDR-nın diplomatik təcridinin daha da dərinləşməsinə və ona yönəlik iqtisadi təzyiqin güclənməsinə gətirib çıxaracaq.


Şərhlər