Menu

Küveyt Şimali Koreyanın səfirini ölkədən çıxarır

18.09.2017, 09:51
Küveyt Şimali Koreyanın səfirini ölkədən çıxarır

«AzPoitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Küveytin xarici işlər nazirliyi (XİN) Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınağı keçirməsinə etiraz əlaməti olaraq, bu ölkənin səfirindən Küveyt ərazisindən çıxmağı tələb edib.

Bu barədə «Əl-Ənbaa» qəzeti məlumat verib.

Beləliklə, Küveyt Birləşmiş Millətlər Təşkilatı Təhlükəsilik Şurasının (BMT TŞ) 2123 saylı qətnaməsinin icrasına başlayıb. Qətnamə KXDR-a qarşı sanksiyaları sərtləşdirməyi nəzərdə tutur.

Bundan sonra Şimali Koreyanın Küveytdə yeganə diplomatik nümayəndəsi diplomatik missiyanın rəhbərinin vəzifəsini icra edən şəxs və daha 3 diplomat qalacaq.

KXDR-nın səfirliyi artıq bu barədə məlumatlandırılıb. KXDR səfiri Küveyt KİV-ə ölkəni digər diplomatlarla birlikdə sentyabrın axırına qədər tərk etməyə hazırlaşdığını təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol