Menu

Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib

18.09.2017, 10:49

isid_terorrTürkiyə Silahlı Qüvvələri terror törətməyi planlaşdıran 10 terrorçunu zərərsizləşdirib, daha 4-ü isə hərbçilərə təslim olub.

“Report” “ajanshaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Onların 3-ü Türkiyənin Hakkari əyalətinin Çukurca rayonundakı hərbi hissəyə hücum etmək istəyərkən məhv ediliblər.

Məlumata görə, ölkənin Siirt əyalətinin Eruh rayonuda keçirilən antiterror əməıliyyatı nəticəsində 7 terrorçu havadan endirilən zərbələr nəticəsində məhv edilib.

İraqın şimalındakı terrorçuların sığınacaqlarından qaçan 4 terrorçu isə Türkiyənin Şırnak əyalətinin Silpi rayonunda hərbçilərə təslim olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol