Menu

"Talim"in fəsadları Rusiyaya da çatdı

18.09.2017, 14:54
"Talim"in fəsadları Rusiyaya da çatdı

Rusiyanın Yujno-Saxalinsk şəhərinin hava limanında “Talim” tayfunu ilə əlaqədar bir neçə reys təxirə salınıb. Trend-in məlumatına görə, bu şəhərdən Blaqoveşensk, Vladivostok və Yaponiyanın Sapporo şəhərinə uçuşlar baş tutmayıb.

Qeyd edək ki, “Talim” tayfuni Saxalin adasına bu gün daxil olub. Adanın bəzi bölgələrində küləyin sürəti saniyədə 20-25 metrədək çatır, güclü yağıntılar qeydə alınır.

Xatırladaq ki, bu mövsümün on səkkizincisi sayılan güclü "Talim" qasırğası Yaponiyanın Okinava adasının sahillərinə də çatıb. Daha öncə isə bu qasırğa ilə bağlı Tayvanda və Çinin şərqində - Çjeszyan və Fuszyan vilayətlərində yerli sakinlərə xəbərdarlıq olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol