Menu

Nikki Heyli «KXDR işini» Pentaqonun sərəncamına verməyi təklif edib

19.09.2017, 00:18
Nikki Heyli «KXDR işini» Pentaqonun sərəncamına verməyi təklif edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Şimali Koreya problemini BMT strukturları çərçivəsində tənzimləmək mümkün görünmür və güman ki, bu məsələni Petaqonun sərəncamına verməyə dəyər.

Xəbəri «CNN» telekanalı yayıb.

«Biz, böyük ehtimalla, Təhlükəsizlik Şurasının bütün imkanlarını tükəndirdik» - deyə, Heyli qeyd edib və bildirib ki, «bu işi böyük məmnuniyyətlə ABŞ-ın müdafiə naziri general Ceyms Mettisin sərəncamına verərdi», çünki problemin həlli üçün onun əlində «çoxsaylı hərbi variantlar» var.

Əgər Koreya Xalq Demokratik Respublikası (KXDR) özünü ağılsız aparmaqda davam edərsə, əgər Birləşmiş Ştatlar özünü və ya müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalarsa, KXDR məhv ediləcək».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol