Menu

Kredit aktivliyi bərpa olunmayıb - Mərkəzi Bank

19.09.2017, 09:54

kredit2017-ci ilin ötən dövrü ərzində Azərbaycanda monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası hesabat dövründə 8%-dən çox artıb.

"Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur", - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb: "Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub".

AMB-nin likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol