Menu

Rusiyada helikopter insanlara raket buraxdı - Yaralılar var (VİDEO)

19.09.2017, 14:09
Rusiyada helikopter insanlara raket buraxdı - Yaralılar var (VİDEO)

Sankt-Peterburq yaxınlığındakı Luqa poliqonunda "Qərb-2017" təlimləri zamanı fövqəladə hadisə baş verib. "Ка-52" helikopteri təsadüfən tamaşaçılara tərəf raket buraxıb. "Report" "66.ru" portalına istinadən xəbər verir ki, tamaşaçılardan iki nəfər yaralanıb.

Mənbənin məlumatına görə, "hava-yer" raketləri ehtiyatsızlıqdan buraxılıb və raketin hissələri jurnalistlərə dəyib.

Hadisə zamanı iki nəfər ağır yaralanıb, bir neçə avtomobil yanıb.

İlkin məlumatlara görə, bədbəxt hadisə sentyabrın 17-də və ya 18-də baş verib, bu haqda rəsmi məlumat yayımlanmayıb.

Xatırladaq ki, sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Luqa poliqonunda olub. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol