Menu

Leninin, Stalinin, “26 Bakı komissarı”nın heykəllərinin dağıdılmasına etiraz

19.09.2017, 15:34
Leninin, Stalinin, “26 Bakı komissarı”nın heykəllərinin dağıdılmasına etiraz

Milli Məclisin (MM) komitə sədri Azərbaycanda SSRİ dövrünün heykəllərinin uçurdulub məhv edilməsinə etiraz edib.

APA-nın məlumatına görə, MM-in Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr Rafael Hüseynov bildirib ki, keçmiş SSRİ liderlərinin heykəllərini yığıb bir yerdə saxlamaq lazım idi.

“Mən o vaxt da təklif etdim, amma eşidən olmadı. Onlar bizim tarixdir. Qəmli də olsa, faktiki olaraq tariximizdir. “26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucaldılmış və digər abidələr heç olmasa yığılıb bir yerdə saxlanmalı idi. Yeni nəsilləri həmin heykəllərlə tanış etməliydik. Məsələn, XI Qızıl Ordunun əslində xilaskar olmadığını həmin heykəl əsasında anlatmalıydıq. Həmin abidələri saxlamaqla gələcək nəslə məlumatları çatdırmaq daha asan olardı. Təəssüf ki, heykəllər məhv edildi”, - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol