Menu

AZAL PREZİDENTİNİN QIZININ ZAVODUNDA YANĞIN  - VİDEO

19.09.2017, 18:02
AZAL PREZİDENTİNİN QIZININ ZAVODUNDA YANĞIN  - VİDEO

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın baş verib. Baku.ws xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən “Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Bir müddət sonra “Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib ki,  yanğın söndürülüb.

O bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.

“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.

Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, "Gazelli" kosmetika zavodu AZAL-ın rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur.

---

Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən “Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol