Menu

İnterpol dələduzluqda təqsirləndirilən bu azərbaycanlını axtarır

19.09.2017, 20:18
İnterpol dələduzluqda təqsirləndirilən bu azərbaycanlını axtarır

İnterpol daha bir azəbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, Azərbaycan vətəndaşı Vasif Səlimov dələduzluqda təqsirləndirilir.

1959-cu il təvəllüdlü V.Səlimov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirli bilinib və barəsində cinayət işi başlanılıb. İstintaqdan yayınan V.Səlimov barəsində məhkəmə həbs qəti imkan tədbiri seçib və onun barəsində axtarış elan olunması barədə İnterpola müraciət olunub.

İnterpol həmin qərar əsasında V.Səlimov barəsində beynəlxalq axtarış elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol