Menu

Göygöldə iki avtomobil toqquşub, xəsarət alan var

19.09.2017, 21:10

Qezada-sinmish-padpres-180912Göygöl şəhərində yol qəzası baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, "VAZ 2106" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində, rayon sakini 1942-ci il təvəllüdlü Mərdanov Manaf Cahangir oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol