Menu

Salyanda dəhşətli qəza - 4 nəfər öldü (Yenilənib)

19.09.2017, 22:20
Salyanda dəhşətli qəza - 4 nəfər öldü (Yenilənib)

Salyanın Sarvan kəndində ağır yol qəzası nəticəsində ölən 4 nəfərdən ikisinin şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, qəza "18-BX-161" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik maşını ilə "15 BL-860" dövlət qeydiyyat nişanlı "Mercedes"in toqquşması nəticəsində baş verib.

Hadisə yerində 4 qadın ölüb. Onlardan birinin adı Arzu, digərininki isə Sevincdir. Qadınlar Ələt-Astara magistral yolunun hələ istifadəyə verilməyən hissəsinin tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olublar.

Qadınlardan 3-ü Salyanın Stansiya yaşayış massivi (20 Yanvar küçəsi), digər biri isə Plastik yaşayış massivinin sakini olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol