Menu

UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək

20.09.2017, 19:18
UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək

2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının final görüşü isə İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionunda baş tutacaq.

Qeyd edək ki, təməli 2011-ci il iyunun 6-da qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70 055 nəfər göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol