Menu

Hökumətin son qərarı: “ANS açılmayacaq”

21.09.2017, 20:23

ans-tv-logo-resmi-300x240Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov AzVision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

"Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol