Menu

Dünyanın ən zəngin qadını dünyasını dəyişib

21.09.2017, 22:10
Dünyanın ən zəngin qadını dünyasını dəyişib

"L'Oreal" korporasiyasının şəriki və Amerikanın "Forbes" jurnalının versiyasına görə dünyanın ən zəngin qadını olan Lilian Bettankur 94 yaşında vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Franc-Press" məlumat yayıb.

"Lilian Bettankur bu gecə [çərşənbə günündən cümə axşamına keçən gecə] öz evində dünyasını dəyişib", – deyə agentlik sahibkarın qızının sözlərini sitat gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol