«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya iqtisadiyyatı artıq resessiyadan çıxıb. Bu barədə xəbəri Kemlin mətbuat xidməti yayıb.
Prezidentin sözlərinə görə, Rusiya iqtisadiyyatının müsbətə doğru inkişafı ölkənin gələcək inkişafı üçün özül təşkil edir.
«Əgər birinci rübdə ümumi daxili məhsul (ÜDM) 0,5 faiz artmışdısa, ikinci rübdə iqtisadiyyatın artım ahəngi 2,5 faiz təşkil edib. İnvestisiyalar 6,3 faiz artıb ki, bu da 2012-ci ilin ikinci rübündən sonrakı dövr üçün maksimal rəqəmdir. Əlbəttə bu, gələcək inkişaf üçün yaxşı özüldür» - deyə, Putin Rusiya işgüzar dairələrinin nümayəndələri ilə görüşündə şərh edib.
Prezident qeyd edib ki, ölkədə inflyasiya tarixi aşağı səviyyədədir - 4,0 faizdən də aşağı. Sənaye istehsalı demək olar 2,0 faiz artıb.
«Məlum məhdudiyyətlərə, o cümlədən, xarici məhdudiyyətlərə baxmayaraq, Rusiyanın iqtisadiyyatı sabitləşir. Bildiyiniz kimi, bu, artıq hamıya aydındır. Demək olar - iqtisadiyyatımız resessiyadan çıxıb, sürət götürür və artıq bir neçə rübdür ki, yüksəliş nümayitş etdirir» - deyə, Putin bildirib.


Şərhlər