Menu

Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşdü

22.09.2017, 22:20
Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşdü

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilir.

APA-nın məlumatına görə, bu barədə XİN-in mıtbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, hazırda xarici işlər naziri BMT sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşür. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol