AzPolittka.info xarici KİV-ə istinadla xəbər verir ki, Vaşinqqton Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya Federasiyası (RF) arasında bağlanmış «Strateji hücum silahlarının ixtisarı barədə Müqavilə»nin əhəmiyyətini etiraf edir.
Ağ evin yüksək məqamlı əməkdaşına istinadla, bu xəbəri «Röyter» agentliyi yayıb.
Agentliyin məlumatına görə, bu, ehtimal etməyə imkan verir ki, Müqavilə nəinki 2021-ci ilə qədər qüvvədə qalacaq, həm də bu müddət sona yetəndən sonra daha 5 il qüvvədə saxlana bilər.
«Röyter» xatırladır ki, Donald Tramp Vladimir Putinlə özünün ilk telefon danışığında müqaviləni tənqid edərək, demişdi ki, onun şərtləri Rusiya üçün daha əlverişlidir.
Ağ evin daha bir yüksək məqamlı nümayəndəsinin sözlərinə görə, Tramp administrasiyası bu müqavilənin fəaliyyətini vaxtından əvvəl dayandırmağa hazırlaşmır.

Şərhlər