Menu

Bərzani son nöqtəni qoydu - Referendum keçiriləcək

24.09.2017, 20:53

Massoud Barzaniİraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani müstəqillik referendumunun keçiriləcəyini bir daha bəyan edib.

Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, Məsud Bərzani BMT-nin İraq təmsilçisi Jan Kubislə görüşündə referendum keçirməkdə israrlı olduqlarını bildirib. “Xalq qərarını verib. Bunun geri dönüşü yoxdur. Sentyabrın 25-də referendum keçiriləcəkdir. Rəsmi Bağdadla dialoqa hazırıq. Sərhəd və digər məsələləri sülh yolu ilə həll edə bilərik” – Məsud Bərzani belə deyib.

Qeyd edək ki, İraq kürd muxtariyyətinin rəhbəri bu il iyunun 7-də siyasi partiya rəhbərləri ilə görüşdən sonra sentyabrın 25-də Kərkük və digər mübahisəli əraziləri də əhatə edəcək referendumun keçiriləcəyini bildirmişdi.

İraqın baş naziri kürd muxtariyyətinin tək tərəfli referendum qərarının konstitusiyaya zidd olduğunu bildirərək referendumun nəticələrini tanımayacaqlarını bəyan etmişdi. İraq məhkəməsi isə referendumun dayandırılmasına qərar vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol