«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun komandanlığı hibrid müharibə aparmağın Rusiya taktikası və buna qarşı durmağın yolları barədə tədris vəsaiti çap etdirib.
Bu barədə xəbəri «The National Interest» nəşri yayıb.
Dərslik «Rusiyanın yeni nəsil müharibəsi» adlanır və hələ 2016-cı ilin dekabrında çap olunub, lap bu yaxınlarda isə onu internetdən «yükləmək» əlçatan olub.
Vəsait 68 səhifədən ibarət broşüradır - qrafik materialları və Rusiya hərbi texnikası barədə məlumatları özündə əks etdirir.
Dərsliyin müəllifləri Krımda və Ukraynanın cənub-şərqində baş vermiş hadisələrə xüsusi diqqət yetiriblər.
Bildirilir ki, bu hadisələr zamanı Rusiyanın xüsusi əməliyyat qüvvələrinin (XƏQ) kiçik bölmələri iştirak ediblər.
P.S. Yeri gəlmişkən, məxsusi qeyd etmək istərdik ki, Qarabağ müharibəsində rusiyalı hərbçilər Azərbaycana qarşı da hibrid müharibənin taktiki variantlarını sınaqdan keçiriblər. Qarabağ müharibəsinin iştirakçıları bunun canlı şahidləridir.


Şərhlər