Menu

Antalyaya getmək istəyən şəxsi aldatdılar

24.09.2017, 23:34
Antalyaya getmək istəyən şəxsi aldatdılar

Azərbaycandan Türkiyəyə turist kimi getmək istəyən şəxs dələduzluqla üzləşib. Lent.az xəbər verir ki, paytaxt sakini Pərviz Məmmədov polisə müraciət edərək bildirib ki, özünü “VİP Travel” şirkətinin direktoru kimi təqdim edən Əfqan adlı şəxs onu aldadıb. Belə ki, həmin şəxs Antalyada istirahət etmək istəyən P.Məmmədovdan sentyabrın 4-də Nizami küçəsində 2800 dollar alaraq ona tur-paket verəcəyini bildirib. Lakin “şirkət direktoru” verdiyi vəıdə əməl etməyib və səfəri təşkil etməkdən boyun qaçırıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol